Edin Cekonun son durumu açıqlandı

"Fənərbağça"nın zədəlilərinin sırasına daha bir futbolçu qoşulub.

Sportline.az xəbər verir ki, söhbət komandanın əsas qol silahlarından sayılan Edin Cekodan gedir. 

Təcrübəli hücumçu Avropa Liqasının pley-off mərhələsinin "AZ Alkmaar"la oyununda xəsarət alıb.

Müayinələrdən sonra onun əlində sınıq aşkarlanıb.

Qeyd edək ki, Edin Ceko sözügedən oyunda komandasının qələbəsində əsas pay sahiblərindən olub. 

O, qonaqların qapısına vurulan ikinci qolun müəllifidir.