Əfqanıstan futbol üzrə dünya çempionatı keçirmək istəyir

"Ümid edirik ki, gələcəkdə Əfqanıstanda futbol üzrə dünya çempionatı keçirilə bilər".

Sportline.az xəbər verir ki, bunu Əfqanıstanın Bədən Tərbiyəsi və İdman İdarəsinin rəhbəri Əhmədulla Vasik deyib.

O, sport-express.ru-nun bununla bağlı sualını belə cavablandırıb: "Əlbəttə. Bizim belə bir planımız var. Ümid edirik ki, bunu həyata keçirə biləcəyik. Təəssüf ki, hazırda bu, iqtisadi və digər sahələrdəki problemlərlə əlaqədar mümkün deyil".

Qeyd edək ki, Əhmədulla Vasik bugünlər Moskvada işgüzar səfərdədir.