Əfsanəvi futbolçu Bakıya gəlir
AVRO-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək daha bir məşhur qonağın adı açıqlanıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, AVRO-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit paytaxtımıza gələcək.
Dünya futbolunun tanınmış simalarından biri olan veteran xüsusi qonaq qismində tədbirə qatılacaq. O, AFFA-nın dəvətini müsbət dəyərləndirib.
Qeyd edək ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək