Əfsanəvi müdafiəçi Alessandro Nesta İtaliya klubuna baş məşqçi təyin olunub

İtaliya futbolunun əfsanələrində Alessandro Nesta "Montsa" klubunun baş məşqçisi olub.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

48 yaşlı mütəxəssis bu postda Rafaele Palladinonu əvəz edib.

Nesta 2023/2024 mövsümünü  "Recciana" komandası ilə İtaliya B Seriyasının 11-ci pilləsində tamamlayıb.

Qeyd edək ki, Nesta futbolçuluq karyerasında İtaliya ilə 2006-cı ildə Dünya Kubokunun qalibi olub.

"Milan" və "Latsio"da çıxış edən müdafiəçi 3 dəfə İtaliya çempionatını, 2 dəfə isə Çempionlar Liqasını qazanıb.