“Əgər o gün yaxşı deyilsinizsə, heç nəyi dəyişə bilməzsiniz“

İngiltərənin Premyer Liqa təmsilçisi "Tottenhem"in baş məşqçisi Ange Postekoqlu komandasının mövsümə yekun vurmasına dair açıqlamalar verib. 

Sportline.az xəbər verir ki, təcrübəli çalışdırıcı önəmli qarşılaşmalar zamanı nəticələrin məhz həmin günün gedişatına bağlı olduğunu bildirib.

"Vacib final matçlarında çox şey həmin gün necə oynadığınıza bağlıdır. Əgər o gün yaxşı deyilsinizsə, heç nəyi dəyişə bilməzsiniz. Bu səbəbdən biz daim daha yaxşısını etməyə çalışırıq", – deyə Postekoqlu vurğulayıb.

O, həmçinin komandasının gələcək planlarından və oyun fəlsəfəsindən danışaraq, azarkeşlərə daha yaxşı nəticələr vəd edib.

"Tottenhem" bu mövsüm çətin bir dövr keçirməsinə baxmayaraq, növbəti mövsüm üçün daha güclü komanda qurmaq məqsədindədir.