Ekitike "Real Madrid"in gözünə girib
"Real Madrid" parlamaqda olan Hüqo Ekitikeni "Liverpul"un əlindən almaq istəyir.
Sportline.az xəbər verir ki, bu elədə asan vəzifə sayılmır. "Liverpul" fransalı ulduzunu satmaq niyyətində deyil.
"Team Talk"un yaydığı məlumata görə, "los blankos" bu keçid üçün bonuslarla bərabər 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Ekitike bu mövsüm meydana çıxdığı 42 matçda 17 qol, 6 asistlə yadda qalıb.