“Əl-İttihad” baş məşqçisi ilə yollarını ayırdı

"Əl-İttihad" baş məşqçi Loran Blanla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu fransalı mütəxəssisin müqaviləsini ləğv edib.

Bu haqda "Footmercato" nəşri məlumat yayıb.

Blan 2024-cü ilin iyulundan etibarən “Əl-İttihad” komandasına rəhbərlik edirdi. Onun rəhbərliyi dövründə komanda həm Səudiyyə çempionatını, həm də kuboku qazanmağa nail olub.