"Əl-İttihad"ı fransalı mütəxəsis çalışdıra bilər
"Əl-İttihad"ın rəhbərliyi klubun sükanı arxasına Didye Deşamı gətirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Lequipe" nəşri məlumat yayıb.
57 yaşlı baş məşqçi hazırda Fransa millisini çalışdırır.
Qeyd edək ki, "Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatında 11 xalla 8-ci pillədə yer alır.