"El Klasiko"nun saatı açıqlandı
Bütün dünyanın maraqla gözlədiyi “Barselona” – “Real” matçının başlama vaxtı bəlli olub. SportLine.az xəbər verir ki, dekabrın 3-də XIV tur çərçivəsində “Nou Kamp”da keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 19:15-də səslənəcək.
Qeyd edək ki, La Liqada 10 turdan sonra “Real” 24 xalla birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.