"El Klasiko"nun vaxtı bəlli oldu
2016/2017 mövsümü üçün La Liqada baş tutacaq "El Klasiko"nun vaxtı açıqlanıb. SportLine.az xəbər verir ki, əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) dekabrın 3-də “Nou Kamp” stadionunda qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.
Qeyd edək ki, İspaniya La Liqasında hazırda 7 tur geridə qalıb və “Real” 2-ci, “Barselona” isə 3-cü pillədə qərarlaşır.