"El Klasiko"nun vaxtı bəlli oldu

İspaniya La Liqasının 33-cü turunda keçiriləcək "Real" - "Barselona" görüşünün vaxtı açıqlanıb. SportLine.az xəbər verir ki, Madriddə oynanılacaq ilin ilk "El Klasiko"su aprelin 23-nə təyin edilib. Matç Bakı vaxtı ilə saat 23.45-də başlanacaq.

Xatırladaq ki, bu komandaların birinci dövrədə “Nou-Kamp”dakı oyunu 1:1 hesabı ilə yekunlaşıb.