"El Klasiko"ya bilet - 10 min dollar
ABŞ Mayami şəhərində keçiriləcək Beynəlxalq Çempionlar Kubokunda "Barselona" və "Real" üz-üzə gələcək. SportLine.az xəbər verir ki, iyulun 29-a təsadüf edəcək "El Klasiko"nun biletlərinin təkrar satışı təşkil olunub. Qiymətlər isə fantastikdir. Belə ki, oyunu izləmək istəyən futbol azarkeşləri, ən azı 283 dollar ödəməlidirlər. VİP lojadan oyuna baxmaq istəyənlər isə dəyəri 10 min dollar olan bilet almalıdırlar.
Qeyd edək ki, avqust ayında İspaniya Super Kuboku çərçivəsində bu komandaların daha iki dueli olacaq.