“El-Klassiko”nun vaxtı açıqlanıb

İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında oynanılacaq ilk qarşılaşmanın vaxtı müəyyənləşib.

Sportkine.az xəbər verir ki, cari mövsümdə ilk "El Klasiko" 26 oktyabrda keçiriləcək. Bu haqda turnirin rəsmi mətbuat xidməti məlumat yayıb.

Oyunun "Santyaqo Bernabeu" stadionunda baş tutacağı və Bakı vaxtı ilə saat 19:15-də başlayacağı bildirilib.

Qeyd: Hazırda La Liqa turnirində 6 tur geridə qalıb. "Real Madrid" 18 xalla turnir cədvəlinə başçılıq edir. "Barselona" isə 5 görüşdə iştirak edib və 13 xal toplayıb.