"Əl-Nəsr" konqolu futbolçunun xidmətində maraqlıdır

"Əl-Nəsr" "Brentford"un konqolu futbolçusu Yoane Vissa üçün hərəkətə keçib.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu bu keçid üçün 50 milyon avro ödəməyə hazırdır.

28 yaşlı forvardın klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Nyukasl Yunayted" və "Tottenhem" klublarıda sözü gedən futbolçunu transfer etmək istəyir.