“Əl-Qadsiya” klubu transfer bombasına hazırlaşır

Səudiyyə Ərəbistanının “Əl-Qadsiya” klubu Argentina yığmasının kapitanı Lionel Messini transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, ərəb klubu artıq Messi üçün addım atmağa başlayıb.

Onlar 2025-ci il dekabrın 31-də “İnter Mayami” ilə müqaviləsi başa çatacaq ulduz futbolçuya arzuladığı maaşı təklif etməyə hazırdırlar. Messi isə bu təklifi dəyərləndirmək üçün klub rəhbərliyindən düşünmək üçün vaxt istəyib.