"Elçe"nin oyunçusu Avropa nəhənglərinin radarındadır

"Elçe"nin yarımmüdafiəçisi Rodriqo Mendoza yayda komandasını dəyişə bilər.

Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Real Madrid", "Yuventus", "Mançester Siti" və "Lill" 20 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.

R.Mendoza bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 oyunda 2 qolla yadda qalıb.

Qeyd edək ki, İspaniya U-21 millisinin üzvünün "Elçe" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.