Eldəniz Əzizli: "Bu il uğurlu nəticələr qazansam..."
“Romadakı reytinq yarışının finalında məğlub oldum. Bunun səbəbi odur ki, güləşi səhv qurdum. Güləş taktikasını səhv seçdiyim üçün məğlub oldum”.
Bu sözləri Sportline.az saytına açıqlamasında İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirində gümüş medal qazanan Eldəniz Əzizli deyib. O, həmçinin çəki məsələsinə də aydınlıq gətirib.
“Yarışda 60 kq-da yarışmağımın səbəbi odur ki, İslam Həmrəyliyi Oyunlarına az qalıb. Çəki salmaq istəmədiyim üçün 1 çəki yuxarı güləşdim. Daha sonra dünya çempionatı və Bakıda dünya kuboku gözləyir bizi. 4 yarışda ardıcıl çəki salmaq mənim üçün çətin olardı. Ona görə 1 çəki yuxarı güləşdim. Bu il bütün yarışları 55 kq-da güləşəcəm. Amma Olimpiada üçün məqsəd 60 kq-nı keçməkdirsə, bu ilin sonunda fikirləşəcəm ki, keçim, ya öz çəki dərəcəmdə qalım. Bu il uğurlu nəticələr qazansam, daha sonra 60 kq çəkidə özümü sınayacağam”.