Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində
Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi son turda baş tutacaq "Rapid" - "Dinamo Minsk" görüşünü idarə edəcək.
10 dekabr 2015
Avropa Liqası, 6-cı tur
“Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus)
Vyana. Ernst Happel stadionu
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
Dördüncü hakim: Mübariz Haşımov