Əliyar Ağayev Avropa Liqasının qrup oyununda
UEFA Avropa Liqasının E qrupunda sentyabrın 29-da Stadio Olimpico-da keçiriləcək “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.