Əliyar Ağayev "Beşiktaş" - "Portu" görüşünü idarə edəcək
FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının "Beşiktaş" - "Portu" matçını idarə edəcək. Sportline.az xəbər verir ki, ona həmyerliləri Mübariz Haşimov və Akif Amirali köməklik edəcək. Dördüncü hakim funksiyasını Oğuzhan Uğurlu (Türkiyə) yerinə yetirəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Portu" görüşü bu gün saat 15:00-da başlayacaq.