Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı
Azərbaycanlı hakim - Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. SportLine.az xəbər verir ki, o, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rosenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununu idarə edəcək. Yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov, 4-cü hakim Orxan Məmmədov olacaq.
Görüşün UEFA nümayəndəsi isveçli Kristel Brorson, hakim inspektoru isə ingilis Peter Cons təyin edilib.
Oyun iyulun 19-da keçiriləcək.