Elnur Abdullayevin yeni iş yeri müəyyənləşib

Azərbaycan millisinin sabiq futbolçusu Elnur Abdullayevin yeni iş yeri müəyyənləşib.

Sportline.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi I Liqanın debütantı "Şahdağ Qusar" klubunun baş məşqçisi təyin olunub.

Onun köməkçiləri Mehman Səfərov və Əlimirzə Daşzərini olub.

Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm II Liqanın qalibi adını qazanıb.