Elxan Məmmədov federasiya prezidenti ilə görüşdü

Qırğızıstan Futbol Federasiyasının prezidenti Semetey Sultanov ölkəmizdə səfərdədir.

SportLine.az-ın xəbərinə görə,  AFFA-nın infrastrukur və marketinq siyasəti ilə tanış olmaq istəyən qonaq bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək fikir mübadiləsi aparıb. 

O, Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunmuş təlim-məşq bazasında olub.

Banner