Elxan Məmmədovun namizədlik platforması açıqlandı
AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə namizədlik broşürü hazırlanıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, burada 8 yer uğrunda mübarizə aparacaq 13 namizəd arasında yer alan Məmmədovun platforması açıqlanıb.
Komitəyə seçki aprelin 5-də baş tutacaq. Yeni komitə üzvləri Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA-nın Konqresində seçiləcək.