Emeri PSJ-dən ayrıla bilər
"Paris Sen-Jermen"in fransalı yarımmüdafiəçisi Varren Zair-Emerini Avropa nəhəngləri transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, "Arsenal", "Mançester Siti" və "Bavariya" 19 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.
Qeyd edək ki, Zair Emeri PSJ-də xoşbəxt olduğunu dilə gətirib.