Emiliano Martines “Qalatasaray”ın təklifini rədd edib
"Qalatasaray"da qapıçı axtarışları hələ də nəticə verməyib.
Sportline.az xəbər verir ki, Fernando Musleranın ayrılmasından sonra yeni qapıçı transferi üçün danışıqlar aparan İstanbul klubu hələ ki, istədiyi futbolçunu heyətinə qata bilməyib.
"Qalatasaray" "Aston Villa"nın kiperi Emiliano Martines üçün rəsmi təklif göndərib.
Bu haqda "Sabah" qəzeti məlumat yayıb.
Emiliano Martines üçün edilən 18 milyon avroluq təklif rədd edilib.
Təklifin artırılmasına baxmayaraq, argentinalı qapıçı "Qalatasaray"ın təklifini qəbul etməyib.