Emin oynadı, "Boavişta" heç-heçə etdi

Portuqaliya Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" "Eştoril"in qonağı olub. Qarşılaşmada hesab açılmayıb.

E.Mahmudov 81-ci dəqiqədə meydana çıxıb. K.Ağayevin adı isə matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Boavişta” 34 xalla 8-ci pillədə qərarlaşıb.