Emin oynadı, komandası 3 xal qazandı
Azərbaycan millisinin üzvü Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti matçını keçirib. SportLine.az xəbər verir ki, rəqib "Tondela" kollektivi olub.
Qarşılaşma "Boavişta"nın qələbəsi ilə yekunlaşıb - 1:0.
E.Mahmudov 61-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Boavişta" 31 turdan sonra 38 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.