Emre Morun yeni komandası məlum olur

"Fənərbağça"dan ayrılacağı gözlənilən Emre Morun yeni komandası müəyyənləşməkdədir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Eyüpspor" 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Ötən mövsümü icarə əsasında "Karagümrük"də keçirən Emre komandası ilə çıxdığı 21 oyunda 1 qol vurub, 4 asist edib.

Qeyd edək ki, "Fənərbağça" Emre Moru 2022-ci ildə 2 milyon avro qarşılığında heyətinə qatıb.Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.