Ən yaxşı futbolçu adına namizədlər

FIFA ilin ən yaxşı futbolçusu adına namizədlərin adını açıqlayıb.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda İtaliya "Yuventus"undan Kriştianu Ronaldu, İspaniya "Barselona"sından Lionel Messi, Almaniya "Bavariya"sından Robert Levandovski, Fransa PSJ-sindən Neymarla Kilian Mbappe, İngiltərə "Liverpul"undan Tiaqo Alkantara, Məhəmməd Salah, Sadio Mane, Virgil Van Dayk, İspaniya "Real Madrid"indən Serxio Ramos və İngiltərə "Mançester Siti"sindən Kevin De Breynenin dı var.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil ediləcək. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək. Dekabrın 11-də isə FIFA 3 finalçının adlarını açıqlayacaq.

2019-cu ilin ən yaxşı futbolçusu adını Lionel Messi qazanıb.