Endrik Fransa nəhənginə keçəcək
“Real Madrid”in brazilyalı forvardı Endrik qışda “Lion”a icarə əsasında transfer olacaq.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
19 yaşlı futbolçu bu mövsüm meydana çıxmayıb.
Qeyd edək ki, Endrikin dəyəri “Transfermarkt” portalına görə, 35 milyon avrodur.