Endrik Fransa nəhənginə transfer olmaq istəyir
"Real Madrid"in brazilyalı forvardı Endrik klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, buna səbəb oyunçunun forma şansı əldə edə bilməməsidir.
19 yaşlı futbolçu Fransanın "Marsel" klubuna keçmək niyyətdədir.
Bu haqda "Lequipe" nəşri məlumat yayıb.
Qeyd edək ki, Endrik bu mövsüm meydana çıxmayıb.
O, "Real"a 2024-cü ilin yayında "Palmeyras"dan 47.5 milyon avro qarşılığında transfer olunmuşdu.