Endrik "Real"da qalacaq
"Vest Hem Yunayted" "Real"ın brazilyalı futbolçusu Endrik üçün rəsmi təklif göndərib.
Sportline.az jurnalist Joze Feliks Diazın məlumatına istinadən xəbər verir ki, "Real"ın rəhbərliyi bu təklifi qəbul etməyib.
Madrid klubu Endriklə yola davam etmək qərarına gəlib.
Qeyd edək ki, 18 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 22 matçda 5 qol və 1 asistlə yadda qalıb.