Endrik rəsmən "Lion"da

Endrik bu mövsüm "Real Madrid"də yalnız bir dəfə start heyətində oynayıb, buna görə də əsas komandada daha çox oyun vaxtı qazanmaq məqsədilə "Lion"a icarəyə gedir.

Sportline.az xəbər verir ki, "Real Madrid"in hücumçusu Endrik mövsümün qalan hissəsi üçün Liona icarəyə qoşulmaq barədə razılığa gəlib.

Endrikin 2022-ci ildə razılaşdırılan, lakin onun 18 yaşını tamamladıqdan sonra, yəni 2024-cü ilin iyulunda baş tutan "Palmeiras"dan Santiaqo Bernabeuya keçidi böyük gözləntilərlə müşayiət olunurdu.