Enrike təstiqlədi: "Barselona"dan gedəcəyəm

Luis Enrike "Barselona"nı tərk edəcəyini bildirib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, La Liqanın son turunda "Sportinq"lə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran mütəxəssis Kataloniya təmsilçisi ilə vidalaşacağını deyib:

"Yayda komanda ilə yollarımı ayıracağam. Burada başqa bir səbəb axtarmaq lazım deyil. Sadəcə, çox yorulmuşam və bir az istirahət etməliyəm. Bu iş insandan daim enerji alır. Buna tab gətirmək də asan deyil. Bu barədə futbolçularla da danışmışam".

Qeyd edək ki, L.Enrike 2014-cü ildən "Barsa"nın sükanı arxasındadır.