Enzo "Çelsi"dən ayrılmaq fikrində qətidir

"Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandez yayda klubdan ayrılmaq fikrində qətidir.

Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.

25 yaşlı futbolçu "Real Madrid"ə transfer olmaq arzusundadır.

Qeyd edək ki, Enzo Fernandezin transfer qiyməti 90 milyon avrodur.

O, cari mövsüm meydana çıxdığı 46 matçda 12 qol, 6 asistlə yadda qalıb.