Enzo "Real"a keçmək niyyətindədir
"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandez yayda "Real Madrid"ə transfer olmağı hədəfləyir.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
25 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 46 matçda 12 qol, 6 asistlə yadda qalıb.
Qeyd edək ki, Enzo Fernandezin transfer qiyməti 90 milyon avrodur.