Enzonun qəlbi "Real"la döyünür

"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandez klubdan ayrılmaq fikrində qətidir.

Sportline.az xəbər verir ki, argentinalı futbolçu "Real Madrid"ə transfer olmaqda israrlıdır.

Bu haqda "Marca" nəşri məlumat yayıb.

Qeyd edək ki, Enzo Fernandezin Madrid klubuna sevgisi var.

O, cari mövsüm "Çelsi"nin heyətində çıxış etdiyi 46 matçda 12 qol, 6 asistlə yadda qalıb.