Ərəb futbolçu Ronaldo, Messi və Suarezi qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası noyabr ayının ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. SportLine.az xəbər verir ki, siyahıya aktivində 20 qol olan BƏƏ millisinin və "Əl-Əhli" klubunun üzvü Əhməd Xəlil başçılıq edir. İkinci yerdəki Robert Levandovski də eyni sayda qola sahib olsa da, milli komandada daha çox fərqlənən ərəb futbolçu zirvənin sahibidir. 

Portuqaliya millisinin və Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo 5-ci, Neymar 9-cu, Luis Suarez 15-ci, Messi 19-cu yerdə qərarlaşıb.

1. Əhməd Xəlil (BƏƏ) - 20
2. Robert Levandovski (Polşa) - 20
3. Mohammad Əl-Sahlavi (Səudiyyə Ərəbistanı) - 18
4. Xu Yanq (Çin) - 15
5. Kriştiano Ronaldo (Portuqaliya) - 15
6. Tomas Müller (Almaniya) - 14
7. Əli Mobkaut (BƏƏ) - 13
8. Həmzə Əl-Dardour (İordaniya) - 13
9. Neymar (Braziliya) - 13
10. İbrahimoviç (İsveç) - 12
...
15. Luis Suarez (Uruqvay) - 11
19. Lionel Messi (Argentina) - 10