Erik Ten Haqa ödənəcək təzminatın məbləği açıqlanıb
Erik Ten Haqla yollarını ayıran “Mançester Yunayted” rəhbərliyi niderlandlı çalışdırıcıya 18 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Sportline.az xəbər verir ki, bu haqda “sun sport” nəşri məlumat yayıb.
Bu təzminatın yaxın günlərdə Erik Ten Haqa ödənəcəyi açıqlanıb.
Qeyd edək ki, Erik Ten Haq 2022-ci ildə “Mançester Yunayted”ə baş məşqçi təyin olunmuşdu.