Erməni klubundan "Qalatasaray"a cavab gəldi
"Qalatasaray"ın növbəti mövsüm üçün transfer siyahısındakılardan birinin də 19 yaşlı erməni Vahan Bıçaqçıyan olduğu bildirilir. Sportline.az fanatik.com.tr-yə istinadən xəbər verir ki istanbulluların bu sevdası həqiqət olsa belə, baş tutmayacaq. Belə ki, "Şirak" rəsmiləri sözügedən futbolçunu Türkiyə klublarına satmayacaqlarını bəyan ediblər. Klubun rəsmi səhifəsində yayılan məlumatda bildirilir: "'Şirak" kulubu olaraq, hər hansı bir Türk kulubundan təklif almamışıq. Belə bir təklif alsaq da, nə Vahan Bıçaqçıyan, nə də, başqa oyunçunun Türkiyəyə transferi qəbul edilməyəcək".
Məlumat üçün bildirək ki, Bıçaqçıyan 2016-cı ilin gələcək vəd edən 50 futbolçusu siyahısında yer alıb.