Ethan Vanerinin gələcəyi sual altındadır

"Arsenal"ın 18 yaşlı futbolçusu Ethan Vaneri klubdaki mövqeyindən narazıdır.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, gənc oyunçu klubdan ayrılmaq fikrinə düşüb.

Lakin rəhbərlik onu satmaq niyyətində deyil.

Qeyd edək ki, E.Vanerinin dəyəri 40 milyon avrodur.

O, bu mövsüm meydana çıxdığı 11 matçda 1 qolla yadda qalıb.