"Everton" 70 milyon avro tələb edir

"Everton" seneqallı forvardı İliman Ndiyaye üçün 70 milyon avro tələb edir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

"Mançester Yunayted" 25 yaşlı sağ cinah vingerini heyətə qatmaq niyyətindədir.

Qeyd edək ki, İ.Ndiyaye cari mövsüm meydana çıxdığı 22 matçda 5 qol, 2 asistlə yadda qalıb.