"Everton" "Brügge"yə elçi düşüb
"Everton" klubu yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Brügge"nin ekvadorlu müdafiəçisi Joel Ordonez "Everton"un transfer hədəfinə çevrilib.
Ordonezin "Brügge" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Belçika klubu 20 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Ordonez bu mövsüm çıxış etdiyi 36 oyunda 3 qolla yadda qalıb.