"Everton" ingiltərəli futbolçunu heyətinə qatmaq istəyir

"Everton" "Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qrilişi icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun meneceri Mersisayd klubu ilə danışıqlara başlayıb.

Futbolçu karyerasında yeni səhifə açmaq niyyətindədir. Bu səbəbdən "Everton"un təklifinə müsbət yanaşır.

Qeyd edək ki, C.Qriliş "Mançester Siti"yə 2021-ci ilin yayında "Aston Villa"dan 117.5 milyon avro qarşılığında transfer olunmuşdu.