"Everton" və "Vest Hem" transfer yarışına girib

"Mançester Yunayted"in futbolçusu Coşua Zirkze yanvar ayında komandasını dəyişə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Everton" və "Vest Hem Yunayted" 24 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir.

C.Zirkze daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.

Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm 4 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.