"Everton"da ayrılıq
"Everton"un afrikalı futbolçusu Abdulaye Dukure mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Dukure ilə yeni müqavilə imzalamayacaq.
32 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Dukure 2020-ci ildən "Everton"da çıxış edir.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 matçda 3 qol və 1 asistlə yadda qalıb.