“Everton”da ayrılıq yaşana bilər

"Everton"un ingiltərəli futbolçusu Cerred Brantvayt  yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" sözü gedən oyunçu ilə yaxından maraqlanır.

23 yaşlı oyunçunun dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, C.Brantvayt karyerası ərzində meydana çıxdığı 157 matçda 10 qol, 4 məhsuldar ötürmə müəllifi olub.