"Everton"da yeni müqavilə

"Everton" ingiltərəli futbolçusu Ceyms Tarkovski ilə yola davam edəcək.

Sportline.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi klubu ilə 2 illik yeni müqavilə imzalayıb.

Bu haqda Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, C.Tarkovski 2022-ci ildən "Everton"da çıxış edir.