"Everton"u "Nyukasl"a dəyişəcək
"Everton"un ingiltərəli futbolçusu Dominik Kalvert Luyin mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Nyukasl Yunayted" D.Kalvert Luyini transfer etmək üçün hərəkətə keçib.
"Nyukasl" Kalverti mövsümün sonunda azad agent kimi transfer etmək istəyir.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 2 qol və 1 asistlə yadda qalıb.